“Bakcell” müştəri təcrübəsinin idarə edilməsi sistemini istifadəyə verir.
Şirkətdən bildirilmişdir ki, istifadəçiləri yüksək keyfiyyətli şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə yeni müştəri təcrübəsinin idarə edilməsi sisteminə sərmayə yatırılır. Dünyanın informasiya və kommunikasiya texnologiyaları həlləri sahəsində aparıcı şirkət olan “Huawei” ilə əməkdaşlıq çərçivəsində xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem yaradılacaqdır. Bu sistem xidmətin keyfiyyətinin təkmilləşdirilməsinə, əməliyyat effektivliyinin artırılmasına və biznesin davamlı inkişafı üçün müştəri məmnuniyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.
© AzərTAc