Almaniyada yaşayan Beatris Osvald bunu heç gözləmirdi. Aken şəhərində
yaşayan Beatris 2004-cü ildən bəri köpək saxlayır, onlar küçükləyəndə
isə itlərin balalarını sataraq pul qazanır.
GoMap.Az Milli.az saytına istinadən bildirir ki, Osvaldın iki dişi
köpəyi son üç gün ərzində onu həm sevindirib, həm də heyrətləndirib.
Belə ki, həmin köpəklər 3 gün ərzində 27 küçük doğub.
Əvvəlcə 2 yaşlı Elfi Tara, sonra isə 3,5 yaşlı Anna Bona küçükləməyə başlayıb.
Elfi 11, Anna isə 16 küçük doğub.