Dərini təravətləndirən pilinq:
Yarım stəkan qoz
1 çay qaşığı limon suyu
3 çay qaşığı süd
1 çay qaşığı bal
Hazırlanması: Qozu rəndədən keçirin. İçinə limon,
süd və bal əlavə edin. Əldə edilən qarışığı dəriyə masaj edərək yayın. 5
dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın.
Dəri təmizləyici tonik:
1/4 çay bardağı cəfəri toxumu
1/4 çay bardağı itburnu
1,5 stəkan su
Hazırlanması: Bitkilər qaynar suyun içində 20 dəqiqə
dəm almalıdır. Soyuduqdan sonra tonik olaraq çəkilməlidir. Əldə edilən
məhlul soyuq yerdə və şüşə qabda 4 gün mühafizə edilə bilər.
Qara nöqtələr üçün maska:
1 çay qaşığı badam yağı
1, 5 çay qaşığı bal
1,5 çay qaşığı gil
1 çay qaşığı limon suyu
Hazırlanması: Bu ərzaqları qarışdırıb dodaq və göz ətrafı xaric hər yerə çəkin. 45 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalaya bilərsiniz.
Dərini gəncləşdirən və qoruyucu maska:
2 yemək qaşığı günəbaxan yağı
1 yemək qaşığı jojoba yağı
1 yumurta ağı
Hazırlanması: Bütün ərzaqlar qarışdırılır. Təmiz
dəriyə göz ətrafı xaric tətbiq edilir və 15 dəqiqə saxlanıldıqdan sonra
soyuğa yaxın ilıq su ilə yaxalanır. Bu maska həftədə bir gün
çəkilməlidir. Sonra ardından dəriyə mineral su ilə kompres etmək tövsiyə
olunur.