“Facebook” mobil reklam şəbəkəsini işə salmışdır
2.5.2014

“Facebook” şirkəti “Audience Network” mobil reklam şəbəkəsini nümayiş etdirmişdir. Artıq kənar tətbiq tərtibatçıları tarqetinq üçün sosial şəbəkənin məlumatlarından istifadə edərək reklam yerləşdirə biləcəklər. Elan verənlər isə “Facebook”dan kənarda öz kampaniyalarının əhatəsini genişləndirəcəklər.
Bildirilir ki, yeni məhsul “Facebook f8” konfransında layihələrin idarə edilməsi üzrə direktor Debora Liu tərəfindən təqdim edilmişdir.
“Facebook”un reklam şəbəkəsinin köməyi ilə tətbiqlərdə ənənəvi banner reklamı, həm də xidmətə uyğunlaşdırılmış formatlar yaratmaq mümkün olacaqdır. Tərtibatçılar artıq bu gündən etibarən mobil reklam şəbəkəsindən istifadə edə bilərlər.

© AzərTAc