Azərbaycan teatrında İlyas Əfəndiyev fenomeni
2.5.2014

Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq Yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş “Əbədiyaşar sənətkar” mövzusunda elmi–nəzəri konfrans keçirilmişdir.

Konfrans Prezident İlham Əliyevin Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 16 yanvar tarixli Sərəncamına əsasən, universitetin sənətşünaslıq fakültəsinin təşkilatçılığı ilə reallaşdırılmışdır.
Əvvəlcə İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən filim nümayiş olunmuşdur.
Elmi konfransı giriş sözü ilə fakültənin dekanı, Əməkdar Müəllim, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev açmışdır.
Sonra Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Əlizadə “Azərbaycan teatrında İlyas Əfəndiyev fenomeni” mövzusunda geniş məruzə etmişdir.
Digər çıxış edənlər də İlyas Əfəndiyevin həm nasir, həm də dramaturq kimi özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının və teatrının inkişafındakı böyük rolundan danışmışlar.



© AzərTAc