Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Atatürk prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Azadlıq prospekti, Aşıq Molla Cüma və Əhməd Rəcəbli küçələrindən istifadə etmələri tövsiyə olunur.
APA