Bu ağaca əl vurmaq öldürər - FOTO
2.5.2014

Dünyanın ən zəhərli həşəratı, ən zəhərli ilanı və ya ən zəhərli birkisi barədə nə bilirsiniz? Bəs ən zəhərli ağac? Bu barədə eşitmisinizi?

Ginnesin rekordlar kitabına düşəcək qədər təhlükəli olan dünyanın ən zəhərli ağacı Manchineel Florida, Bahama, Karib dənizi hövzəsi, Mərkəzi və Cənubi Amerikada yetişən nadir ağacdır.

Bu ağaca adi bir toxunmaq belə dəridə yanıq yaraları meydana gətirir. Ağacın zəhərinin bədənə dəyməsindən az vaxt sonra dəri reaksiya verir və burda su qabarcıqları yaranır.

Əgər yağış yağanda ağaca yaxınlaşsanız və ya ağacdan sıçrayan suya məruz qalsanız yenə də təhlükə altındasınız.

Yanan Manchineel ağacının tüstüsünün gözə girməsi ömürlük korluğa səbəb ola bilər.

Meyvəsinin səhvən dişlənməsi isə ölüm effekti yaradacaq xəsarətlər yarada bilər.

Bu səbəbdən də ağacın olduğu yerlərdə xüsusi təhlükəsizlik tədbirləri görülür, ağacı tanımayan şəxslər üçün xəbərdarlıq lövhələri asılır.























ANS PRESS