Bu maşından dünyada cəmi 7 ədəddir - FOTO
2.5.2014

Birləşmiş ərəb Əmirliyində dünyanın ən bahalı və sürətli maşınlarından biri nümayiş etdirilib. Bu maşından dünyada cəmi 7 ədəd istehsal edilib. "Canavar" adlandırılan avtomobil dünyanın ən sürətli maşını adına layiq görülüb.

Maşın 3.7 litrlik mühərrikə sahibdir. "Lykan HyperSport" 0-dan 100 kilometr sürətə cəmi 2,8 saniyədə çıxa bilir. Maşının görüntüsüdə texniki göstəriciləri qədər maraq doğurur.

"Lykan HyperSport"un qiyməti isə 3,4 milyon dollardır. Avtomobilin uzunluğu 4.480 mm, eni isə 1.944 mm-dir.























ANS PRESS