Azərbaycan Dövlət Musiqili Teatrı və “BIMTEK” MMC arasında müqavilə imzalanmışdır.
Teatrının mətbuat xidmətindən bildirmişlər ki, müqaviləyə əsasən, “BIMTEK” MMC göstərdiyi toplu SMS xidməti vasitəsilə tamaşaçıları mütəmadi olaraq Azərbaycan Dövlət Musiqili Teatrının həftəlik repertuarı haqqında məlumatlandıracaqdır.
Bu xidmətdən bəhrələnməyin məqsədi insanları Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində olan yeniliklər barədə daim məlumatlandırmaqdır.
AzərTAc