Günün ulduz falı
1.3.2012

Qoç - Xeyli probleminiz yaranacaq, özü də heç gözləmədiyiniz sahələrdə. Texnika sıradan çıxa, nəqliyyatda çətinliklər yarana bilər. Əvvəlcədən təyin etdiyiniz qrafikə riayət edə bilməyəcəksiniz, hər yerə gecikəcək, vaxtı qızıl olan insanları gözlədəcəksiniz. Nəticədə rəhbərliklə ciddi munaqişə yaşayacaqsınız.
Maliyyə vəziyyətinizi isə əksinə, düzəldə bilərsiniz. Uğurlu sövdələşmələr əldə edərək yeni gəlir yeri tapacaqsınız. Şəxsi münasibətlərdə ciddi dəyişikliklər gözlənilmir, amma çoxdankı fikir ayrılıqları dərinləşə bilər.

Buğa - Nə yaxşı əhval-ruhiyyə, nə də yüksək işgüzar aktivliyinizlə öyünə bilməyəcəksiniz. Əliniz heç bir işə yatmır, çünki sizi heç nə cəlb etmir. Adət etdiyiniz əyləncələr də kefinizi açmır, tərslikdən, yeni bir şey də fikirləşib tapa bilmirsiniz.
Dostlarınız və ailə üzvlərinizlə yaxınlarda qurduğunuz planlarınızın əksəriyyətini həyata keçirmək alınmayacaq. Və çox güman ki, bunda məhz sizi günahlandıracaqlar. Maliyyə vəziyyətiniz yaxşı deyil, gözlədiyiniz pul heç cür əlinizə gəlib çatmır, qənaət etməli olacaqsınız.

Əkizlər - Səhər çağı xeyli gözlənilməz hadisə baş verəcək ki, bunların ucbatından planlarınızı dəyişməli olacaqsınız. Ailə məsələləri nəzarət altından çıxır, yaxşı olar ki, indi onlarla faydasız mübarizə aparmaq əvəzinə, şəraitə uyğunlaşasınız. Yaşlı kişi qohumlarınızla razılığa gəlmək xüsusilə çətin olsa da, onların da qəlbinə da yol tapacaqsınız.
Günün ikinci yarısı isə çox xoşdur. Məhsuldar işləyəcək, bir çox problemləri həll edəcəksiniz. Öz nailiyyətlərinizə özünüz də təəccüb qalacaqsınız. Romantik aludəçilik də mümkündür.

Xərçəng - Bu gün səhv etməyə nə var ki - düşmənləriniz torlarını qurub oturub, bədxahlarınız intriqaları hazır ediblər. Ancaq xoşbəxtlikdən, əsl dostlarınız var və onların sayəsində çox çətinliyin öhdəsindən gələcəksiniz. Sevgilinizin dəstəyi əhvalınızı qaldıracaq, hətta ən xırda diqqət sizi sevindirəcək.
İnsanların gur olduğu məkanlara getmək məsləhət deyil. Bu gün geyim, kosmetika və zinət əşyaları almayın. Günün birinci yarısı özünüzü pis hiss edə bilərsiniz, axşama doğru səhhətiniz düzələcək.

Şir - Gün qarmaqarışıqlıq gətirir, tələsik qərarlar verməli olursunuz. Amma bu, sizin üçün elə də pis deyil. Qeyri-sabitlik və şəraitin anlaşılmazlığı sizi xüsusilə qəti və səmərəli hərəkət etməyə vadar edir, yaradıcı potensialınıza təkan verir. Qeyri-adi, dahiyanə və çox uğurlu ideyalarınız yaranacaq.
Bunlara rəğmən, rəsmi təşkilatların nümayəndələri ilə təmaslar, sənədlərin hazırlanması üçün münasib gün deyil. Hüquqi xarakterli problemləriniz yarana bilər.

Qız - Rəhbər Qızlar üçün çox gözəl gündür. Əlinizin altında işləyənlər tapşırıqlarınızı vaxtında yerinə yetirməyə çalışır və bunun öhdəsindən əla gəlirlər, həmçinin lazımi yerdə yaxşı təşəbbüs də göstərirlər. Əgər hələ də rəhbər deiylsinizsə, heyfsilənməyin, yaxın zamanlarda bu da olacaq.
Bu gün yaltaqlığa uyursunuz, bu isə həddən artıq təhlükəlidir: çox yaxınınızda bu zəifliyinizdən istifadə etmək üçün hazır dayanmış bir insan var. Üstəlik, siz öz bildiyiniz kimi hərəkət etmək istəyirsiniz, amma bu, yaxınlarınızın heç də ürəyincə deyil.

Tərəzi - İşdə münaqişələrdən qaçmaq üçün inanılmaz sülhpərvərlik göstərməyə məcbur olacaqsınız. Sizə elə gəlir ki, qədrinizi bilmirlər (əlbəttə, çox zaman bunda haqlısınız). Belə şəraitlə barışmaq istəmirsiniz, amma seçdiyiniz mübarizə üsulları səmərəli deyil. Özünüzü atəşə atmayın. Bir az fikirləşib düşmənlərinizi yolunuzdan götürmək üçün plan qurun.
Evdə isə vəziyyət başqadır: burada ahəngdarlıq və qarşılıqlı anlaşma hökm sürür. Xanım Tərəziləri komplimentlər və xoş diqqət gözləyir.

Əqrəb - Bu gün parlayır, göz qamaşdırır, düşmənlərinizin gözünü kor edir, insanların qəlbini ovlayırsınız. Populyarlığa meyl etməyən Əqrəblərin də tərəfdaşları, pərəstişkarları və ardıcılları meydana gəlir. Bütün hərəkətləriniz diqqət çəkir, odur ki, axmaq səhvlər etməməyə çalışın.
Öz imkanlarınızı düzgün qiymətləndirməniz çox vacibdir. Şübhəli layihələrdə iştirak etməyin. Sübut etmək istəyirsiniz ki, hamıdan yaxşısınız? Nə gərək var? Bunu onsuz da hamı görür.

Oxatan - Günün birinci yarısı elə də uğurlu deyil, amma eybi yoxdur, sonrakı saatlarda əvəzi artıqlaması ilə çıxacaq. Günortaya qədər heç bir ciddi qərar verməməyə çalışın, rəyi sizinçün vacib olan insanlarla görüş təyin etməyin. Səhərçağı gözəllik salonuna getmək, imici dəyişmək qətiyyən məsləhət deyil.
Axşam isə vəziyyət düzələcək. Bir çox problemlər sizin iştirakınız olmadan həll olunacaq, bir çoxlarının isə yaxın zamanlarda həllini tapacağını öyrənəcəksiniz. Yaxınlarınız xoş xəbərlərlə sizi sevindirəcəklər.

Oğlaq - İşgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün əlverişli gündür. Ancaq söhbətlər gözlədiyinizdən daha çoxdur və bu səbəbdən bir çox işlərə vaxtınız qalmayacaq. Sizin özünüz və yaxın bir adamınız üçün vacib olan problemin həlli də havadan asılı qalacaq.
Ziyafətlərdə, müxtəlif konfranslarda, seminarlarda, təqdimatlarda iştirak uğurlu olacaq. Asanlıqla diqqəti üzərinizə çəkir və qarşı cinsin numayəndələrinin marağına səbəb olursunuz.

Dolça - Neytral gündür, demək olar ki, vacib bir hadisə baş vermir. Həyatın axışı rəvandır, heç bir hadisə sizi çaşdırıb əziyyət vermir. Bütün problemlərinizin həlli var və bunları tapmaq üçün kifayət qədər zamana maliksiniz. Maraqlı təkliflər alacaqsınız: keçmiş ortaqlarınız yenidən peyda olacaqlar.
Ağlınız emosiyalarınızı cilovlayır, odur ki, düşünülməmiş hərəkətlər etməyəcəyinizə arxayın ola bilərsiniz. Yaxınlarınızla münasibətləriniz soyuq olsa da, hamardır.

Balıqlar - Gün elə də yaxşı başlamır. Adi şəraitə çox emosiya sərf edir, istənilən xırda anlaşılmazlığı az qala melodramaya çevirir, problemləri şişirdirsiniz. Əslində isə hər şey asandır. Bir az özünüzə tənqidlə yanaşın, o zaman vəziyyətin düşündüyünüz qədər «ağlamalı» olmadığını görəcəksiniz.
Axşam emosiyalar, belə demək mümkünsə, «partlayacaq». Bir çox Balıqlar onlarda güclü hisslər oyadan insanla rastlaşacaqlar. Bəziləri isə qəlblərindəki hissləri ayırd edərək müvafiq qərarlar verəcəklər.

                                                                                                                                  Milli.Az