Bakıda “Tur Heyerdal – Kon Tiki adamı” adlı sərgi açılıb - FOTOSESSİYA
1.3.2012

Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdala həsr olunmiş “Tur Heyerdal – Kon Tiki adamı” sərgisinin açiliş mərasimi keçirilib.

Tədbir Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki muzeyi, Norveçin Azərbaycandakı səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil edilib.

Sərgidə Tur Heyrdalın həyat və fəaliyyətini əks etdirən posterlər, ekspedisiyalar zamanı istifadə olunan avadanlıqlar və qısametrajlı film nümayiş etdirilib.

Sərgi mayın 31-dək fəaliyyət göstərəcək.