Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi və səyyahı
Tur Heyerdala həsr olunmiş “Tur Heyerdal – Kon Tiki adamı” sərgisinin
açiliş mərasimi keçirilib.
Tədbir Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki
muzeyi, Norveçin Azərbaycandakı səfirliyi və Milli Azərbaycan Tarixi
Muzeyi tərəfindən təşkil edilib.
Sərgidə Tur Heyrdalın həyat və fəaliyyətini əks etdirən posterlər,
ekspedisiyalar zamanı istifadə olunan avadanlıqlar və qısametrajlı film
nümayiş etdirilib.
Sərgi mayın 31-dək fəaliyyət göstərəcək.