Çantalar qadın qarderobunun şah
əsəridir. Çantalar hər mövsüm modanın sərhəd tanımayan trendlərinə məruz
qalır. Qadınlar bir neçə çanta arasında qərarsız qalır və hansını
seçəcəyini bilmir. Ancaq çanta kimi mütəmadi bir aksessuarın zamansız və
klassik modellər arasından seçilməsi daha məqsədə uyğundur.
Hər bir xanımın qarderobunda yer almalı olan çanta modellərini seçib, sizə təqdim edirik.
1. Kapitone çanta – Bu çantalar illərdir ki, dəbdən
düşmür. Klassik model olsalar da, hər tərzlə uyğunlaşır. Chanelin
klassik modeli digər markaları da öz təsiri altına ala bildi. Markadan
asılı olmayaraq, kapitone çantalar hər bir qadının qraderobunda
olmalıdır.

2. Tote çanta – Bu modellər qadınların ən vəfalı dostudur. Böyük və
əlverişli olduğu üçün onları daşımaq çox rahatdır. Qara və neytral
çalarlarda olmasına fikir verin.

3. Poçtalyon çantası – Alış-verişə və ya gəzməyə çıxanda əllər
sərbəst olmalıdır. Onunla hər yeri rahat gəzə bilərsiniz. Sevdiyiniz
rəngdə poçtalyon çantası hər bir qadının qarderobunda yer almalıdır.

4. Klatç – Son zamanlarda dəbə minən klatçlar klassik tərzə daha yaxındır. Zəncirli olan modellərdən əldə etməyə çalışın.

6. Kürək çantası – Kürəyə taxılan çantalar bu mövsüm olduqca
aktualdır. Əgər bu çantaları ancaq gənc qızların taxdığını
düşünürsünüzsə, yanılırsınız. Belə ki, dəridən hazırlanan kürəyə taxılan
çantaları istənilən yaşda daşımaq olar.

7. Shopper Çanta – Alış-veriş qadın sağlamlığı üçün çox vacibdir.
Belə ki, alış-veriş edən qadın özünü daha yaxşı hiss edir. Alış-verişə
çıxanda isə daha iri çantalardan istifadə etmək lazımdır. Rahat və böyük
olmalıdır ki, içini istədiyiniz qədər doldura biləsiniz.

publika.az