Fransa kubokunun finalından öncə Paris əhli maraqlı olaya şahidlik edib.
Finalda “Renn”lə üz-üzə gələn “Genqam” klubunun azarkeşləri Parisə traktorlarla gəliblər. Yüzlərlə traktorla şəhərə daxil olan azarkeşlər Parisi demək olar ki, işğal ediblər. Azarkeşlər, “Genqam” finala çıxacağı təqdirdə belə addım atacaqlarını əvvəlcədən bəyan etmişdilər. Qeyd edək ki, qarşılaşma 2:0 hesabı ilə “fermerlər”in qələbəsi ilə yekunlaşıb.
publika.az