Tərtər şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə kitab bayramı keçirilmişdir.
Tədbirdə çıxış edənlər böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən, ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışmışlar.
Kitab bayramında “Ümummilli lider Heydər Əliyev”, “Dünya ədəbiyyatı”, “Klassiklərimiz”, “Qan yaddaşımız”, “Uşaq ensiklopediyası” və digər mövzularda nümayiş olunan kitablar iştirakçıların marağına səbəb olmuşdur.
Kitab bayramında məktəblilərin ifasında müxtəlif səhnəciklər göstərilmiş, maraqlı konsert proqramı təqdim edilmişdir.
AzərTAc