Paytaxt küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 12:00-dan etibarən, Mikayıl Əliyev və Mehdi Abbasov küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Məlumata əsasən, ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Oxu.az