Türkiyənin yaraşıqlı və ən bahalı aktyorlarından olan Kənan İmirzalıoğlu qadınlarla bağlı açıqlamalar verib.
Bir sıra məşhur seriallarda əsas rol ifaçısı olan tanınmış türk aktyor Kənan İmirzalıoğlu "Azra" juralına müsahibə verib.
"Karadayı" serialının əsas qəhrəmanı olan aktyor ötən həftə təşkil edilən 6-cı Türk Film Festivalında iştirak etmək üçün Bosniya və Herseqovinaya gedib.
Aktyorun səfəri zamanı reallaşdırılan müsahibəni yayımlayan "Azra" jurnalı onun qadınlar haqqında fikirləri ön plana çıxarıb.
Kənan İmirzalıoğlu digər aktyorlardan fərqli olaraq, ona heyran olan qadınları sevmədiyini etiraf edib.
ANS PRESS