Mayın 28-də Opera Sky-da Anton Belyayevin və THERR MAITZ qrupunun çıxışı olacaq.
Anton Belyayev və THERR MAITZ qrupu çıxış etdikləri rəqs meydançasını, konsert zalını və ya açıq meydançanı “darmadağın edirlər”.
İki il yarım bundan öncə çıxış etməyə başlayan bu kollektiv, qısa zaman ərzində ən sevilən kollektivə çevrilməyi bacarıb.
Azərbaycanda Anton Belyayevi Rusiyanın birinci kanalının “Qolos” layihəsindən tanıyırlar, burada o, Leonid Aqutinin komandasında iştirak edib.
Anton Belyayevin birinci kanalda “Qolos” layihəsində çıxışından sonra THERR MAITZ qrupunun populyarlığı daha da artdı.
VİDEO
Oxu.az