Çoxillik meteoroloji müşahidələrə görə, fevralın 29-da Bakıda həmin günə
olan 2008-ci ilin sutkalıq rekord göstərici təkrarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, havanın maksimal temperaturu 16 dərəcə isti təşkil edib,
orta sutkalıq temperatur isə iqlim normasından 6 dərəcə yüksək olub.
Martın 2-də Bakı və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı
olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə
0-2 dərəcə isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz
8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə
şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın
minimal temperaturu 8-13 dərəcə şaxta olacağı gözlənilir.
ANN.Az