İyulun 21-də İçərişəhərdəki Kiçik Qala-Art Qalereyasında Ukraynanın
ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Ukrayna Esperanto
Assosiasiyasının rəhbəri, tanınmış fotoqraf-rəssam Yevgeni Kovtonyukun
fərdi yaradıcılıq sərgisi açılmışdır. Ukraynanın ölkəmizdəki səfiri
Aleksandr Mişşenkonun iştirak etdiyi tədbirdə fotoqraf-rəssamın müxtəlif
illərdə ərsəyə gətirdiyi 90-dək foto və rəsm əsəri nümayiş olunmuşdur.
Rəssamın “Daxilimizdə və ətrafımızda” ekspozisiyasına daxil olan foto
işləri insanla kainat arasındakı harmoniyadan bəhs edir. Bu fotolar
ətrafımızdakı dünyanın parlaqlığını və əbədi gözəlliyini göstərir.
Tədbirdə bildirilmişdir ki, Y.Kovtonyukun əsərləri ABŞ-da və Avropanın bir çox ölkələrində uğurla nümayiş olunmuşdur.
Sərgi oktyabrın 10-dək davam edəcəkdir.