Bu gün Moskvada “Bahar gəldi!” adlı qala-konsert keçiriləcək.
Konsertdə Rusiya və Azərbaycanın tanınmış simaları iştirak edəcəklər.
Səhnəyə SSRİ xalq artisti İosif Kobzon, Rusiyanın xalq artistləri
Gennadi Xazanov, Dmitri Malikov və sair məşhurlar çıxacaqlar.
Azərbaycanı isə konsertdə “Eurovision 2012″ mahnı müsabiqəsinin qalibləri Eldar Qasımovla Nigar Camal təmsil edəcəklər.
Konsertdə Moskvada çalışan azərbaycanlı müğənnilərin – Böyük Teatrın
solistləri Elçin Əzizov və Dinara Əliyevanın da çıxışı nəzərdə tutulub.
ANS Press