Ulu öndər Heydər Əliyevin 91 illiyi
ərəfəsində təşkil edilən bu paradda 3 mindən çox məktəbli iştirak edib.
Paradda yuxarı sinif şagirdləri ilə yanaşı,
texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər
zirehli texnika maketləri və Azərbaycanın dövlət quruculuğu tarixində
müstəsna rolu olmuş “Difai” təşkilatını tərənnüm edən atlıdan ibarət
süvari dəstə də iştirak edib.
Paradı şəhər rəhbərliyi ilə birlikdə on minlərlə sakin izləyib.
Məktəblilərin paradı ulu öndər Heydər
Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca
müxtəlif istiqamətlərdə hərəkət etmiş sumqayıtlılara bir daha bayram
təntənəsinin sevincini yaşamağa imkan verib.
Qeyd etmək vacibdir ki, Sumqayıt şəhər rəhbərliyinin tövsiyəsiylə məktəblilərin hərbi paradı dördüncü dəfə keçirilir.
Oxu.az