Dubayda sürücüsüz taksilər şütüyəcək
7.5.2014

Yaxın iki il ərzində Dubayda fərdi avtomatik nəqliyyat (Personal rapid transit) - “sürücüsüz taksi”lər peyda olacaq.

Bu, PRT sistemi ayrılmış yollar şəbəkəsindən istifadə etməklə sərnişinləri avtomatik olaraq taksi (sürücüsüz) rejimində daşıyan yüksəktexnologiyalı şəhər və şəhərətrafı nəqliyyat növüdür.

Bu sistemin hazırlanmasına hələ 1953-cü ildə başlanıb, lakin onun tətbiqi hərəkətin təhlükəsizliyinin təmin edilməsi səbəbindən çətinləşib.

Hazırda dünyada nəqliyyatın bu növü yalnız Londonun Hitrou hava limanında fəaliyyət göstərir. Sistem 2010-cu ildə sərnişinlərin ixtiyarına verilib. Hazırda o paytaxtda test rejimində fəaliyyət göstərir.

Gün.Az