Yeni superkar təqdim olundu - FOTO
7.5.2014

2014-cü ilin əvvəlində Amerikanın Rezvani Motors şirkəti Beast adlı yeni superkarın tizerləri ilə avtomobil ictimaiyyətinin marağına səbəb oldu.

Bildiyiniz kimi kaliforniyalı yeni avtomobilin adının hərfi tərcüməsi “vəhşi heyvan” deməkdir. Bu gün Rezvani öz yeni məhsulunu – 500 at gücünə sahib Rezvani Beast modelini rəsmi olaraq təqdim edib. Yeni avtomobilin əsasında çoxdan məlum olan Ariel Atom durur.

 
Yeni Rezvani Beast superkarını həmyerlimiz Samir Sadıxov ərsəyə gətirib. Əvvəllər o Aston Martin DBC və Ferrari Xezri layihələrini həyata keçirib. Güman edildiyi kimi yeni Rezvani Beast modelinin kuzovu karbondan hazırlanıb. Superkar zərif əsas işıqlandırma faralarına və aqressiv arxa diffuzora sahibdir. Arzu olunsa avtomobilin ön şüşəsi asanlıqla çıxarıla bilər.
 
Rezvani Beast yaraşıqlı və müasir kapotu altında iki tamamilə fərqli mühərrik yerləşir. Bunlar 315 a.g. hasil edən 2,0 litrlik turbo mühərrik 666 kq çəkisi olan avtomobili ilk “yüzlüyə” 2,9 saniyə ərzində sürətləndirir.
 
Rizvani Beast ikinci mühərriki daha maraqlıdır. 2,4 litrlik mühərrik 500 a.g. hasil edir. Orijinal aerodinamik kuzov sayəsində supercar ilk “yüzlüyə” 2,7 saniyədə “sıçrayır”.
 
Avtomobilin qiyməti də artıq məlumdur. 315 güclü mühərriklə avtomobili əldə etmək üçün 99 500 ABŞ dolları ödəmək lazımdır. “Vəhşi”nin daha güclü versiyası alıcıya 124 900 dollara başa gələcək. Yeri gəlmişkən, bu qiymətə yalnız ilk modelləri əldə etmək mümkün olacaq. Sonradan Rezvani Beast satış qiymətləri 119 000 və 139 000 dollar olacaq.


Milli.az