Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “beyin mərkəzləri”nin
“İƏT ölkələrində dəyişikliklər və transformasiya” mövzusunda III
forumunun açılış mərasimi başa çatıb.
Açılış mərasimində TASAM başqanı Süleyman Şensoy, İƏT baş katibinin
xüsusi nümayəndəsi Omur Orxum, Ərəb DÖvlətləri Liqasının Avropa
departamentinin rəhbəri Omniya Taxa, Bəhreyn və Küveytin strateji
araşdırmalar mərkəzlərinin rəhbərləri çıxış ediblər. “Beyin
mərkəzləri”nin rəhbərləri bu formatda görüşlərin gələcəkdə də davam
etdirilməsinin vacibliyini vurğulayıblar. Forum öz işini
“Sosial-iqtisadi dinamika və siyasi dəyişikliklər”, “Milli və xarici
siyasətin inkişaf icmalı”, “Dövlət idarəetməsində idarəetmə və
innovasiyalar” sessiyaları üzrə davam etdirəcək.
Sabah forum iştirakçıları islam ölkələrində münaqişələrin sülh yolu ilə
nizamlanması, həmçinin yeni “beyin mərkəzləri”nin yaradılması, onlara
dəstək məsələlərini müzakirə edəcəklər. Forumun yekununda bir sıra
sənədlər, o cümlədən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzi ilə Misir, Pakistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın
müvafiq qurumları arasında əməkdaşlıq haqqında memorandumlar
imzalanacaq.
APA