Qoç - görüləsi işlər az deyil. Bu səbəbdən də
fəaliyyət planı hazırlayın və həmin plana ən kiçik xırdalıqlara qədər
riayət edin. Risk etməyin, düşünülməmiş addımlar atmayın. İmkanlarınızı
olduğundan artıq dəyərləndirməyin. Ağır işlərə başlamayın. Yerinə yetirə
bilməyəcəyiniz öhdəliklər verməyin. Maliyyə fonu uğurlu deyil. Əldə
etdiyiniz pulları xərcləməyə tələsməyin.
Günün əvvəlində əhvalınız pis olmasa da, axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Ehtiyatlı olun.
Buğa
- səbrli olun. Hadisələr ləng inkişaf edir. Hətta ən sadə işlər və
proseslər gözləntilərinizin tam əksinə olaraq çox vaxt alır.
Yaxınlarınızla münasibətlərin rəvan olmasına çalışın. Ən mürəkkəb
məsələlərin müzakirəsində belə, ciddi mübahisələrin və ixtilafların
yaranmasına imkan verməyin. Əks təqdirdə əlaqələrdə əhəmiyyətli
problemlər yarana bilər.
Günün maliyyə fonu uğurludur.
Gəlirlər istisna deyil. Bilik, bacarıq və təcrübənin artırılması,
dünyagörüşünün genişləndirilməsi, yaradıcılıq fəaliyyəti üçün əlverişli
zamandır. Səfər və ya səyahət uğurlu alınacaq, pozitiv emosiyalar bəxş
edəcək. Maraqlı tanışlıqlar istisna deyil.
Əkizlər
- görüləsi işlər çoxdur. Yaxınlarınız sizdən probelmlərin həllini və
məqsədə doğru aparan yoldakı maneələrin dəf edilməsini gözləyirlər.
İmkanlarınızın hədsiz olmadığınızı, güc və qüvvənizin məhdudluğunu
onlara anlada bilməyəcəksiz. Sizi yaxınlarına yardım etməməkdə, eqoizmdə
suçlayacaqlar.
Qəfil gəlir sayəsində alış-veriş etmək,
vaxtınızı xoş keçirmək, sevdiyiniz insanı hədiyyə ilə sevindirmək
şansları yaranacaq. Yeni tanışlıqlar asanlıqla yaranacaq. Lakin ilkin
təəssürata aldanmayın, hisslərin əsiri olmayın. Ləyaqətsiz və
mənəviyyatsız adamın toruna düşə bilərsiniz.
Xərçəng
- asan, rahat, xoş gündür. Dostlarla ünsiyyət və romantik görüş üçün
əlverişli zamandır. Səmimi, gülərüz olun. İndiyədək sizə rəğbət
bəsləməyən insanları belə, əməkdaşlığa və ya tərəfdaşlığa cəlb edə
bilərsiniz. Qəfil romantik etiraf istisna deyil.
Sizi tərifləyəcəklər.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Ağır fiziki işlərlə məşğul olsanız da, yorulmayacaqsınız. Fiziki işlərdə xeyir var.
Axşam saatlarında məşqə yollanmaq olar.
Şir
- bu gün başalyacağınız istənilən işin hesabladığınızdan artıq vaxt
tələb edəcəyinə hazır olun. İlk əvvəl situasiya maraqlıdır, çünki
gecikmə və təxirəsalmaların səbəbləri absurd təsir bağışlayır. Lakin bir
qədər sonra yaşananlar sizi sinirləndirəcək, qıcıqlandıracaq.
Günün
ortalarında güzəştə getməlisiniz. Yaxınlarınızla münasibətlərinizdə
problemlər yaratmamaq üçün müəyyən planlardan imtina etmək gərəkdir.
Soyuqqanlı, təmkinli olun.
İstənilən, hətta rutin və sadə iş zamanı ehtiyatlı olun. Kəsici və dəlici əşyalarla davranışda travma riski var.
Sayıq davranın.
Qız
- yeni maraqlar və işlər yaranır, yaradıcılıq potensialının səviyyəsi
artır. Sizinlə çalışmaq istəyənlərin sayı artır. Yeni tanışlıqlar
istisna deyil. Onlardan biri uzunmüddətli və harmonik romantik
münasibətlərin təməlini qoya bilər.
Pullarla ehtiyatlı olun.
Maliyyə vəsaitinizin qədrini bilin, bədxərclik etməyin. Günün ikinci
yarısında işgüzar məsələləri müzakirə etmək məsləhət deyil. Müzakirə
mövzusu nə qədər aktual və mühüm təsir bağışlasa da, onu ertələyin.
Tərəzi -
süst və ətalətli olmayın. Peşəkar fəaliyyət müstəvisində istiqamət,
çalışdığınız interyeri dəyişmək olar. Yola çıxmazdan əvvəl diqqətli
olun, hazırlığı yarımçıq başa vurmayın. Yalnız belə darvansanız, yaxşı
nəticələr əldə edə bilərsiniz.
Günün maliyyə fonu əlverişlidir. Anlaşmalar və ya sövdələşmələrə nail ola bilərsiniz. Qəfil hədiyyələr istisna deyil.
Axşam saatlarında xoş və romantik etiraf gözləyin.
Əqrəb
- qətiyyətli, inadkar, iradəli olun. Qarşınıza qoyduğunuz məqsədlərə
çatmağa çalışın. Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla
fikir ayrılıqları ola bilər. Dəyər verdiyiniz insanlarla mübahisəni
qarşıdurmaya çevirməyin.
Günün ikinci yarısı önəmli məsələlərin müzakirəsi və ünsiyyət üçün münasibdir.
Spontan
alış-veriş etməyin. Belə davranış yalnız bədxərclikdir. Nəzərdə
tutduğunuz əşyaları ala bilərsiniz. Gün ərzində kiçik ağrılar hiss
etsəniz də, axşam saatlarında əhvalınız yaxşılaşacaq.
Oxatan
- intellektual potensialınız yüksəkdir. Çətin məsələlərin həllində və
problemlərin çözülməsində soyuqqanlı olun. Tapmacalar, həlli ilk
baxışdan mümkünsüz durumlar olacaq. Peşəkar fəaliyyət müstəvisindəki
aktivliyi artırın. Yeni ideyalar yaranacaq. Onları müzakirə edəcəyiniz
adamla təmasda olun. Yaramaz və məkrli insanlarla planlarınızı
bölüşməyin.
Ətrafınızdakı insanları dəyərləndirəndə
yanılmayın. Yeni tanışlıq üçün münasib zamandır. Maraqlı insan, yaradıcı
şəxsiyyətlə qarşılaşa bilərsiniz. Axşam saatlarındakı təmaslar
yaşamınızda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.
Oğlaq -
maraqlı saymadığınız işləri görmək məcburiyyətində qalacaqsınız.
Üstəlik, faydalı sanmadığınız sifariş və tapşırıqlar alacaqsınız.
Tapşırıq nüfuzlu insandan gəldiyi üçün imtina variantlarını nəzərdən
keçirməyin. Maliyyə durumunu nəzarətdə saxlayın. İmkanlarınızın yol
verdiyindən artıq pul xərcləməyin. İtkilərlə sonuclanacaq səhvlər və
yanlışlıqlara yol verməyin.
Axşam saatlarında romantik
sürpriz ola bilər. Sevdiyiniz insan əhvalınızı yaxşılaşdıracaq. Yeni
tanışlıqlara can atmayın, tələskənlik etməyin. Əlaqələr qurmaq
istədiyiniz insanın kim olduğunu dəqiqləşdirin.
Dolça
- mürəkkəb, qarışıq, çalxalanmaların yaşanacağı gündür. Əsəbi və
qıcıqlı olmayın. İşlər planlaşdırdığınız təki getməsə, narahat olmayın.
Planlar pozularsa, sinirlənməyin, müşkülün həll yollarını arayın.
Tələsməyin, məqsədə çatmaq üçün aramla addımlamaqda xeyir var. Dostlar
və ya qohumlardan birindən mühüm informasiya alacaqsınız. Gəlirlər o
qədər də çox olmayacaq.
Axşam saatları romantik təmaslar və
görüşlər üçün əlverişlidir. Sakit, rahat olun. Sabah gərəyiniz olacaq
qüvvə və güc toplamaq üçün zəruri tədbirləri görün.
Balıqlar -
gün kiçik anlaşılmazlıqlar və ailə üzvlərindən biri ilə mübahisədən
başlaya bilər. Əhvalınızı korlamayın. Yaranmış situasiyanı uzun-uzadı
müzakirə etmək, münasibətləri aydınlaşdırmağa dəyməz. Əvvəlcədən
hazırladığınız planlardan birindən imtina etməli olacaqsınız.
Sonrakı
saatlarda şərait uğurludur. Çətin və mürəkkəb saydığınız işə başlaya
bilərsiniz. Aldığınız işgüzar məziyyətli təklifləri ciddi şəkildə
nəzərdən keçirin, tələskənliyə yol verməyin. Köhnə dost özünü
xatırladacaq. Sevdiyiniz insanı sevindirin.
Milli.Az