Martın 6-10-da Hannoverdə (Almaniya) «CeBIT 2012» beynəlxalq informasiya texnologiyaları sərgisi keçiriləcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən
məlumata görə, tədbir biznes («CeBIT pro») üçün ixtisaslaşdırılmış
İT-həllər, istehlakçılar («CeBIT life»), dövlət sektorları («CeBIT
gov»), elmi araşdırmalar və innovasiyaların («CeBIT lab») inkişafı kimi
seqmentləri əhatə edəcək.
Tədbir çərçivəsində seminarlar, dəyirmi masalar, müzakirələr və İT
sahəsində yeniliklərlə çıxış etmiş şəxslərin mükafatlandırılması
mərasimi keçiriləcək. Sərgidə təxminən 60 ölkədən 5 mindən çox jurnalist
və bloggerin iştirak edəcəyi gözlənilir.
Tədbirdə Azərbaycan şirkətlərinin də iştirakı nəzərdə tutulub.
APA