Nəhəng gənənin izləri tapıldı
2.3.2012

Çinli paleontoloqlar 199-54 milyon il əvvəl, Yura dövründə yaşamış nəhəng gənənin izlərini tapıblar. GoMap.Az portalı Milli.az-a istinadən bildirir ki, daşlaşmış izlər Çinin Daxili Monqolustan və Lyaopin vilayətlərinin sərhədində aşkarlanıb. Tapılmış izlərin ölçüləri 8-21 millimetrdir. Müqayisə üçün deyək ki, normal gənələri n ölçüləri 1-10 mm arasındadır.
Alimlər hesab edirlər ki, qədim gənələr dinozavrların lələkləri və tükləri arasında yaşayıblar. Buna gənələrin yetərincə qalın dəri örtüyünü dəlməyə hesablanmış qansorma sistemi dəlalət edir.
Qədim gənələr indiki gənələrdən fərqli olaraq yaxşı atıla bilmmirdilər. Qədim gənələr qurbanlarından birindən o birinin üstünə atılmır, ağac budaqlarında oturub "şikar"ı gözləyirdilər.