Göydən 50 kiloqram balıq yağdı
8.5.2014

Şir-Lankanın Çilav bölgəsindəki bir kəndə göydən balıq yağıb.

Bölgəyə əvvəl güclü yağış, daha sonra isə ölü balıq yağıb.

Yerli sakinlər göydən düşən 50 kiloqram balığı yığmaq üçün izdiham yaradıblar.

Mütəxəssislər hadisənin meydana gəlməsinə bölgəyə yaxın çay və ya göl kimi dayaz sularda üzən balıq sürülərinin fırtına səbəbi ilə havaya sovrulmasını səbəb kimi göstəriblər.

Qeyd edək ki, 2012-ci ildə ölkənin başqa bir bölgəsində də eyni şəkildə balıq yağışı olmuşdu.

Gün.Az