Cənub Qütbü parçalanır - FOTO
2.3.2012

ABŞ-ın Milli Aeronavtika Agentliyi (NASA) Antarktidada araşdırmaları davam etdirərək nəhəng buz parçalanmasını tədqiq edir.

Antarktidanın Qərb hissəsindəki Paüyn Aylenddə uzunu 18 mil, dərinliyi isə 50 metr olan çat böyüməyə davam edir.

Antarktidadan qopmağa başlamış buzlağın sahəsi 800 kvadrat kilometrə çatıb.

Amerikalı alimlər çat və qopan buzlağın 3D lazer skanlaşdırmasına başlayıblar.
"İceBridce" adlı tədqiqat qrupu Payn Aylenddəki çatın səbəblərini hələ dəqiq müəyyənləşdirmədiyini bildirir.

Milli.Az