Qoç - adi günlərdən fərqli olaraq işdə rəhbərlik
və həmkarlarla gərgin mübahisələr etməyin. İstənilən söhbəti konstruktiv
məcrada aparın, şəxsiyyətlərə keçməyin. Belədə münasibətləri rəvan
saxlaya bilərsiniz.
Günün ikinci yarısı anlaşma və sövdələşmə, müzakirələr üçün əlverişlidir. Kommersiya fəaliyyətində xeyir çox olmayacaq.
Sizinlə maraqlanan insan var. Bu maraq sizi usandıra bilər.
Axşam saatlarında qısqanclıq zəminində mübahisə yarana bilər. Soyuqqanlı, təmkinli davranın.
Buğa
- gərgin, qarışıq, laübəli gündür. Xərclər, itkilər çoxdur. Sərf
etdiyiniz pullarınıza heyfiniz gəlməsin. Adi günlərdən fərqli olaraq
işlər daha çoxdur. Problemlərin öhdəsindən sürətlə gəlməyə çalışın. İşdə
nəzərdə tutulan vaxtdan daha çox çalışmalı olacaqsınız.
Rəhbərlik sizin zəhmətkeşlik və səylərinizi dəyərləndirəcək. Təşəbbüskar olun, liderlik məziyyətlərinizi nümayiş etdirin.
Evdə,
ailədə mübahisələr yetərincədir. Münaqişəni, gərilən əsəbləri zarafatla
yatırmağa çalışın. Dəvət aldığınız tədbirə qatılın. İzafi diqqət sizi
yora bilər.
Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin. Belə istirahət sizdə xoş təəssürat yaradacaq.
Əkizlər
- başlamalı olduğunuz işlər sizdə qıcıq yarada bilər. Yeni layihəyə
marağınız artsın. Ürəyinizcə olmayan işlərə qatılmağınız sizi
usandırmasın. Bütün bunlar cari, rutin məsələlərdir. Qıcıqlı, aqressiv
olmayın.
Günün ikinci yarısında işdə rəhbərliklə, özəl
fəaliyyətdə isə nüfuzlu insanlarla münaqişələr ola bilər. Bel
bağladığınız və gözlədiyiniz yardımları almayacaqsınız.
Yaxınlarınızla
münasibətlərdə həssas və qayğıkeş olun. Onlar sizə qarşı ifrat dərəcədə
tənqidi mövqe tutublar. Ən kiçik səhvlərinizi bağışlamayacaqlar.
Sərvaxt olun, əlavə problemlərin baiskarına çevrilməyin.
Axşam saatlarında dincəlməyə çalışın.
Xərçəng
- ideyalarınızı parlaq və sərfəli saysanız da, ətrafınızdakı insanlar
mövqelərinizi bölüşmürlər. Belə davranış sizi qıcıqlandıracaq,
sinirlənəcəksiniz. Bu günədək münasibətlərinizin əla olduğu insanlarla
qarşıdurmaya başlamayın.
Maliyyə itkiləri istisna deyil. Tələsik qərar, düşünülməmiş atılan addım gəlir verməyəcək, itkilərə səbəb olacaq.
Günün
ikinci yarısında yeni tanışlıqlara can atmayın. Qarşılaşdığınız
insanlarla bağlı ilkin hisslərə və təəssürata inanmayın. Belə hisslər və
yarımçıq, tələsik qənaət yanlış ola bilər. Alış-veriş zamanı qeyri-adi
əşya, orijinal aksessuar almaq olar.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında əhvalınız yaxşı olacaq.
Şir -
mübarizə aparmaq, döyüşmək, çarpışmaq istəsəniz də, ədalət və
bərabərlik uğrunda yola çıxanda sizi nələrin gözlədiyini təxminləməyə
çalışın. Cari işlər darıxdırıcı təsir bağışlasa da, onları yarımçıq
qoymayın. Xəyallar aləmindəki məşğuliyyət, daha doğrusu, heç nə ilə
məşğul olmayıb pul qazanmaq variantı absurddur.
Günün ikinci
yarısında işdə rəhbərlik və həmkarlarla münasibətlərdə məntiqli
davranın. Bacardığınızı edirsiniz. Bəzi işlərdə problemlər yaranarsa,
bunu gizlətməyin, bilavasitə məsuliyyət daşıyan insanlara deyin.
Sevdiyiniz
insanın sizə qarşı iradları və iddiaları var. Bu gün həmin iradlar sərt
şəkildə səslənəcək. Belə iradlara adekvat cavab verməyin: sərvaxtlıq və
həssaslıq çox vacibdir.
Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Planlaşdırdığınız səfərlərin bəzilərindən imtina etməli olacaqsınız.
Qız -
səbirsizliklə gözlədiyiniz məlumat gecikir. Nigaranlıq, məlumatsızlıq
sizi sinirləndirir, təlaşa salır. Adi günlərdən fərqli olaraq daha çox
səhv edir, heç bir günahı olmayan insanlara qışqırır, acıqlanırsınız.
Günün
ikinci yarısında işdə gərgin situasiya yarana bilər. Çətin qərar qəbul
etməli, başqalarının əməllərinə görə məsuliyyəti öz boynunuza götürməli
olacaqsınız. Təmkinli və soyuqqanlı davranın.
Yaxınlarınızla
münasibətlərdə rəvan olun. Mübahisələrə yol verməyin. Bəzi fikirlərlə
razı olmasanız da, münaqişəni alovlandırmayın. Uzunmüddətli planlar qura
bilərsiniz. Onların reallaşdırılması ilə bağlı çətinliklər
yaranmayacaq.
Enerji potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Tərəzi -
yaxın ətrafınızdakı insanlar sizdən qəti və təxirəsalınmaz hərəkətlər
gözləyirlər. Bu gözləntilərə aldanmayın, tələsik qərarlar verməyin,
düşünülməmiş addımlar atmayın. Bir qədər sonra situasiya dəyişəcək.
Atılması gərəkən addımları konkretləşdirə bilərsiniz.
İşdə rəhbərliklə görüşmək məsləhət deyil. Nüfuzlu insanlarla danışıqlar və müzakirələri ertələyin.
Mühüm məsələləri günün ikinci yarısında müzakirə etmək olar.
Axşam
saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Orqanizminiz
havanın dəyişməsinə sərt reaksiya verəcək. Vücudunuzu və səhhətinizi
sınağa çəkməyin, təhlükəli eksperimentlər aparmayın.
Əqrəb -
yaxın ətrafınızdakı insanlar üçün ciddi başağrısına çevrilmiş problem
sizin üçün təhlükə mənbəyi deyil. Çətinliklərin ağır fəsadları
olmayacaq. Əhvalınızı pozmayın, nikbin olun.
İradlara və
tənqidlərə sərt reaksiya verməyin. Deyilənləri qulaqardına vurun,
işlərinizlə məşğul olun. Belədə sizə təsir etmək istəyən insanlar əl
çəkəcəklər və müstəqil çalışa biləcəksiniz.
Günün ikinci yarısında yaltaq, qorxaq və ya məkrli insanlardan uzaq durun.
Axşam
saatlarında qəfil etiraf, improvizə olunmuş təmaslar və ya rəğbət
bəslədiyiniz insanla görüş ola bilər. Hisslərinizi gizlətməyin.
Oxatan
- xoş sürprizlər vəd edən gündür. Yaxın ətrafınızdakı insanları
təccübləndirə bilərsiniz. Aktiv və enerjili olun, tanışları
təəccübləndirməyə davam edin. Peşəkar fəaliyyət sahəsində ciddi
dəyişikliklər ərəfəsidir. Münasib situasiyadan istifadə edərək
irəliləmək, az sonra hadisələrə ciddi təsir imkanlarına yiyələnəcək
insanın dəstəyini almaq olar.
Günün ikinci yarısında özünüzü
qoruyun. Səhhətinizdə problem riski var. Fiziki işlə məşğul olmayın.
Maliyyə məsələlərini çözəndə diqqətli olun. Alış-veriş üçün əlverişli
gündür.
Oğlaq - tərəfdaş,
həmfikir və müttəfiqlər sizə yardım etməyə hazırdır. Amma ən çətin
problemləri təkbaşına həll etməli, qarışıq işləri müstəqil çözməlisiniz.
Kimsədən yardım istəməyin. İndiyədək topladığınız biliklər və təcrübə
ilə yanaşı, praktik davranış karınıza gələ bilər.
Məhz həmin məqamların sayəsində yanınızdakı insanlarla müqayisədə daha yaxşı işləyərək daha üstün nəticələrə nail olacaqsınız.
Günün
ikinci yarısında emosional fon mürəkkəbdir. Hisslərinizin gerçək
mahiyyətini anlayana qədər xeyli düşünməli olacaqsınız. Səhv və
yanlışlıqların etirafı həlli vacib problemin aradan qaldırılmasında
ilkin mərhələdir.
Dolça -
yetərincə çətin, mürəkkəb gündür. Problemləri asanlıqla həll etmək
mümkün deyil. Qələbələrə can atanda iradəli, qətiyyətli olun. Bəxtə və
fatuma çox bel bağlamayın. Adi günlərlə müqayisədə problemlərin sayı
daha çoxdur. Əsla gözləmədiyiniz vaxtda və ya məkanda müşküllər
formalaşa bilər.
Çoxdankı müttəfiqlərdən biri və ya bel bağladığınız, etibar etdiyiniz insanla münasibətləri korlamayın.
Günün
ikinci yarısında şəxsi həyatınızdakı müşküllərin çözülməsində intuisiya
dadınıza çatacaq. Yaxınlarınızdan biri xoşagələn sözlər deməsə də, onu
dinləməyə hazır olun.
Vaxtında əldə edilən gəlirlər bir sıra məsələləri həll etməyə imkan verəcək.
Balıqlar
- işlərdə qayda və nizam, ən kiçik detallara diqqət xüsusi əhəmiyyət
kəsb edir. Bu gün əhəmiyyətsiz saydığınız məsələ bir qədər sonra
yaşamınızda önəmli ünsürə çevrilə bilər. Yaxınlarınızın dediklərinə
qulaq asın. Faydalı sözlər eşidə bilərsiniz.
Günün ikinci yarısında təkbaşına yola çıxmayın. Sükan arxasında çox vaxt keçirməyin.
Dəyər
verdiyiniz insanla mübahisədə aqressiv olmayın. Münasibətlərdə
harmoniyanı qoruyun. Çoxdan bəri çözülməsini tələb edən fikir ayrılığını
aradan qaldırın. Tərəflərin hamısını təmin edə biləcək həll variantını
seçmək gərəkdir.
Axşam saatlarında qəfil sürpriz və hədiyyələr ola bilər.
Milli.Az