Beş gündür davam edən "Tour d'Azerbaidjan-2014" beynəlxalq velosiped turu dünən başa çatdı.
Yürüşün son beşinci mərhələsi yenidən Bakıda keçirilib.
Velosipedçilər 202 km uzunluğu olan mərhələyə saat 9:00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Abşerona, oradan Nardarana yürüş ediblər.
Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttinə çatıblar. Sonuncu turda finiş xəttini birinci olaraq Justen Jul keçib.
5 gün ərzində "Tour d'Azerbaidjan-2014"ün iştirakçıları 838 km məsafəni qət ediblər.
Yarışda 22 ölkənin 25 komandasının tərkibində ümumilikdə 150 velosipedçi mübarizə aparıb. Təsnifat mərhələsinin qalibi İlnur Zakarin Rusvelo olub.
Gün.Az