Bakıda havanın temperaturu 32 dərəcəyədək yüksələcək
12.5.2014

Bu gün Bakıda havanın temperaturu 32 dərəcəyədək yüksələcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, mayın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Gün.Az