Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
12.5.2014

Bu gün Binəqədi, Xəzər, Qaradağ, Quba, Qəbələ, Yevlax, Naftalan, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Ağcabədi və Füzuli rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, saat 12:00-dək Binəqədi rayonunun bir hissəsi, saat 12:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsi, saat 13:00-dan 14:00-dək Qaradağ rayonunun bir hissəsi, saat 13:00-dan 15:00-dək Quba rayonunun bir hissəsində təbii qaz təchizatında fasilə olacaq.

Bu rayonlarda fasilənin yaranması qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədardır.

Eyni zamanda, 1020 mm-lik “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinin 146,0-cı və 199,1-206,2-ci kilometrlərində aparılacaq təmir işləri ilə əlaqədar Qəbələ, Yevlax, Naftalan rayonlarının bütün yaşayış məntəqələri, Ağdaş, Göyçay, Goranboy rayonlarının bir hissəsi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Ağcabədi və Füzuli rayonlarında isə qismən fasilələr yaranacaq.

Gün.Az