Okeanın dibi ilə Amerikaya qatar yolu çəkiləcək
12.5.2014

Çin ABŞ-a yüksək sürətli qatar yolu çəkməyə hazırlaşır. Ehtimal edilən yol Çinin şimal-şərqindən başlayaraq Sibirə, buradan da Sakit okeanın dibindən çəkiləcək tunellə Alyaskaya qədər gedəcək. Buradan da Kanadanı keçməklə ABŞ-ın əsas ərazisinə keçəcək.

Çin-Rusiya-Kanada-ABŞ dəmir yolunun uzunluğu 13 min kilometr olacaq. Orta sürəti 350 km/saat olan qatarla səyahət 2 gün çəkəcək.

Mütəxəssislərin fikrincə, layihənin ən həssas hissəsi Berinq boğazının altından çəkiləcək 200 km uzunluğunda tuneldir.

Milli.Az