“Eurovision” müsabiqəsinin rəsmi saytında “Azərbaycana səyahət” adlı yeni video layihəyə start verilib
2.3.2012

“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı olan “eurovision.tv”də Azərbaycanın tanıtımı ilə bağlı xüsusi video-layihəyə start verilib. Müsabiqənin saytına istinadən verilən xəbərə görə, “Eurovision-2012” mahnı müsabiqəsinin İşçi Qrupu tərəfindən başlanan layihə “Azərbaycana səyahət” adlanır.
Bu silsilədən yayımlanacaq reportajlarda qədim tarixi olan Azərbaycanın mədəniyyəti, incəsənəti və turizm məkanları tanıdılacaq. Eləcə də xalqımızın çoxəsrlik adət-ənənələri, milli-mədəni dəyərlərimiz, memarlıq və sənət incilərimiz barəsində videomateriallar yayımlanacaq.
Həmin silsilədən ilk reportaj İçərişəhərdə çəkilib. Video layihəni bu linkdən izləmək mümkündür: http://www.eurovision.tv/page/multimedia/videos?id=47983

                                                                                                                                           APA