Bakı küçələrində texnoloji sürpriz - FOTO
13.5.2014

Paytaxt küçələrində işıq batareyaları ilə işləyən yol nişanları quraşdırılır. Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər.

"Günəş" nişanları piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi piyada keçidlərində quraşdırılacaq. Bir komplekt işıq diodları və günəş mini-stansiyaları ilə təchiz edilib.

Gün ərzində toplanmış enerji sayəsində sutkanın qaranlıq vaxtında nişanlar işıq saçır. Bunun sayəsində də gecə vaxtı yol nişanları sürücülərin diqqətindən qaçmayacaq.

Bu cür nişanların quraşdırılması 2015-ci ilin sonuna qədər başa çatacaq.

Milli.Az