Qaraçıların gözəllik müsabiqəsi keçirilir - FOTO
13.5.2014

İspaniyanın paytaxtı Madriddəki Şimali Flamenko Assosiasiyası (Northern Flamenco Association) ölkənin ən gözəl qaraçı qız və oğlanının müəyyənləşdirildiyi ənənəvi gözəllik müsabiqəsini keçirir."Miss and Mister Gypsy" gözəllik müsabiqəsində 16 yaşdan böyük qaraçı qızlarla oğlanlar iştirak edirlər.

Müsabiqənin təşkilat komitəsinin yaydığı bəyanatda bildirilir ki, onların məqsədi qaraçıların daha müstəqil yaşamalarına nail olmaqdır.

İspaniyadakı qaraçıların tam əksəriyyəti 16 yaşa çatandan sonra təhsillərini yarımçıq qoyur, məktəbə getmirlər.
Qaraçılar arasında işsizlik səviyyəsi isə 36 faizi keçib.
 
Assosiasiyanın prezidenti Mariya Himenes deyib: "Qaraçıları adi, rutin, adət etdikləri həyatlarını dəyişməyə çağırırıq. Qaraçı qızlar 14 və ya 15 yaşlarında ərə gedir, ana olurlar. Biz isə istəyirik ki, qaraçı qızlar müstəqil olsunlar, həyatlarına qərar versinlər".

Hazırda İspaniyada 725 min qaraçı yaşayır.
 
Müsabiqənin iştirakçısı olan 17 yaşlı Libertad Barullun dediyinə görə, model olmaq istəyir.
Libertadın anası Rosario qızının yoxsulluqdan, rutin həyatdan qurtulmasını arzulayır.
 
"Mənim həyatımı qızımın yaşamasını istəmirəm. Onun həyatda nəyəsə nail olmasını arzulayıram", - Rosario söyləyib.



Milli.Az