Yunanıstan aviaşirkəti “Aegean Airlines” gələn aydan Rodos-Bakı üzrə mövsümi uçuşlara başlayacaq.
Bakı Beynəlxalq Aeroportundan verilən məlumata görə, uçuşlar 10 iyundan etibarən həftədə bir dəfə olmaqla çərşənbə günləri həyata keçiriləcək. İyul ayından isə uçuşlar artaraq həftədə 2 dəfəyə çatdırılacaq və reyslər çərşənbə və cümə günləri gerçəkləşdiriləcək.
Qeyd edək ki, hələlik mövsümi uçuşlar üçün son tarix 17 sentyabr nəzərdə tutulub.
gun.az