“Bank Technique” yeni ipoteka layihələrini təklif edir
14.5.2014

“Bank Technique” əhalinin mənzillərə olan tələbatını nəzərə alaraq, tikinti şirkətləri ilə apardığı danışıqlar nəticəsində yeni ipoteka layihələrini təqdim edir.

Vətəndaşlar Xırdalan şəhəri, H. Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Inşaat” MMC-yə məxsus “AAAF PARK 3” yaşayış kompleksindən mənzil alınması üçün ipoteka kreditindən faydalana bilərlər. Layihənin şərtlərinə əsasən, yaşayış kompleksində bütün mənzilləri 15% ilkin ödəniş etməklə, 10 il müddətinə və illik 14% kredit dərəcəsi ilə əldə etmək mümkündür.

Bundan əlavə, “Bank Technique” Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S. Qocayev küç, 152,156,158,162 və 164 ünvanında yerləşən “Bakikhanov Residence” yaşayış və ticarət kompleksindən mənzil alınması üçün ipoteka kreditini təklif edir. Bu proqramın şərtlərinə uyğun olaraq, mənzillərə 20% ilkin ödəniş etməklə, 5 il müddətinə və illik 12% kredit dərəcəsi ilə sahib olmaq olar.

Qeyd edək ki, “Bank Technique” “Yeni Hayat” Şirkətlər Qrupuna məxsus “Park Azure” yaşayış kompleksindəki mənzilləri ipoteka krediti ilə almaq imkanı yaradıb. Burada yaşayış sahələrini 10% ilkin ödəniş etməklə, 10 il müddətinə və illik 10 faiz dərəcəsi ilə əldə etmək mümkündür.

Gün.Az