Bakının bir neçə rayonuna 36 saat su verilməyəcək
14.5.2014

14 may saat 00:00-dan Bakının Qaradağ rayonuna, Səbail rayonunun 20-ci sahə və Badamdar qəsəbələrinə, Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli su 36 saat müddətində məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən verilən məlumata görə, fasilə Kür su kəmərləri sisteminin 1400 mm diametrli magistral xətlərindən birinin Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gün.Az