Bakının küçələrində yerüstü parketmə üçün qiymətlər bəlli oldu.
Quraşdırılmış parkomatlarda aşağıdakı qiymətlər qeyd edilib: 30 dəqiqə – 50 qəpik; 1 saat – 1 manat; 2 saat – 2 manat; 3 saat – 3 manat; 4 saat – 4 manatdır.
Eləcə də parkomatda çeki öncədən vurdurub avtomobilin ön şüşəsinə bərkidilməsinin lazım olduğu yazılıb, bu polis əməkdaşlarının sizin parketmə üçün ödənişi keçirdiyinizi bilməsi üçündür. Bundan başqa sürücülərin rahatlığı üçün ödəmə prosesi mərhələlərlə təsvir edilib, bunun üçün isə avtomobilin dövlət nişanını avtomata daxil etmək lazımdır.
Xatırladaq ki, əvvəllər Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhər İcra Hakimiyyətinə müvəqqəti parketmə üçün əlverişli yerlərin aşkar edilməsi üçün aparılan tədqiqatların nəticələrini yollayıb.
Ümumilikdə müvəqqəti parketmə üçün 288 yer müəyyən edilib.
Oxu.az