Avstraliyada bir nəfər tapdığı pulu gizlətmədiyi üçün mükafat alıb.
Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən "Kanal 10" televiziya binasının ayaqyolusunda bir nəfər 100 min dollar taparaq rəhbərliyə aparıb verib. Bunun qarşılığında isə həmin televiziyada işləyən təmizlik işçisinə 80 min dollar mükafat verilib.
Əslində hadisə 3 il əvvəl baş verib. Televiziya vasitəsilə kimin pulu olması ilə bağlı elan verilsə də, bu vaxtadək kimin olduğu müəyyən edilməyib. Buna görə də kanal sahibi 81 min 597 dolları pulu tapan təmizlik işçisi Çamindu Amarsinqə, geri qalan hissəsini isə pulun vergisi olaraq dövlətə ödəyib.
ANS PRESS