"Məşqlərə başlayanda ailəm məni dəstəklədi. Onlara minnətdaram. Övladlarım indi mənə "Superqəhrəman" deyirlər. Həm arıqlamışam, həm əzələlərim normallaşıb, həm də pul udmuşam".
ABŞ-ın Ohayo ştatındakı Ksenia şəhərində yaşayan 45 yaşlı Mett Menninq 4 ay məşq edib, pəhriz saxlayıb, sağlam qidalanıb.
O, ürəyində kəskin ağrılar başlayanda və bir dəfə də evdə huşunu itirərək yıxılandan sonra həyat tərzini dəyişmək qərarına gəlib.
"Sağlam həyat tərzini seçdim. Çünki əvvəlki yaşamımı davam etdirsəydim, ölərdim", - Mett deyir.
Daha sonra isə o, Bodybuilding.com-un elan etdiyi müsabiqəyə qatılıb. Müsabiqənin şərtlərinə görə, iştirakçılar bodibildinqlə məşğul olmalı və 4 ayda 20
kq arıqlamalıydılar. Qalib 50 min dollarlıq mükafata yiylənəcəkdi.
Mett Menninq 4 ay məşq edib, 20,5 kq arıqlayıb. O, müsabiqənin şərtlərini tam yerinə yetirdiyi üçün 50 min dollarlıq mükafata yiyələnib.
Üstəlik, Mett zahirən çox dəyişib. Məşqlər, sağlam həyat tərzi və düzgün rasion sayəsində onun qan təzyiqi ilə orqanizmindəki xolesterinin miqdarı aşağı düşüb. Habelə, Mettin orqanizmində piy miqdarı da azalıb.
Milli.Az