Hamilə qadın 97 kq ağırlıq qaldırdı - Foto
14.5.2014

Arizona ştatından olan ağırlıqqaldıran Meqan Lezerman hamiləliyi məşqləri dayandırmaq üçün bir səbəb görməyib.

O, bütün 9 ayı ağır ştanqlar qaldırmaqla məşğul olub.

Gün.Az xarici mətbuata istinadən xəbər verir ki, onun sonuncu rekordu 97 kq olub. İdmançı bu çəkini başı üzərinə qaldıraraq bir neçə saniyə saxlayıb. Xanım idmançı rekorddan üç gün sonra isə çəkisi 3 kq olan qız uşağı dünyaya gətirib. Uşaq tamamilə sağlamdır. Ana isə yaxın günlərdə məşqləri bərpa etməyi planlaşdırır.

Gün.Az