Qoç - birgə fəaliyyət, əməkdaşlıq üçün münasib
zamandır. Bilavasitə sizinlə bağlı olmasa da, yazınlarınız və dəyər
verdiyiniz insanları narahat edən problemi həll edə bilərsiniz.
Alış-veriş etmək mümkündür. Peşəkar fəaliyyətlə bağlı planları,
biznes-ideyaları təhlil və müzakirə edin.
Günün ikinci
yarısında yaxınlarınız və ailə üzvləriniz sizi dəstəkləyəcək,
ideyalanızı həyata keçirməkdə yardımçı olacaqlar. Yeni tanışlıqlar üçün
pis vaxt deyil.
Lakin romantik münasibətin istədiyiniz təki inkişaf etməməsinə hazır olun.
Buğa -
günün ilk yarısında emosiyalarınızın əsiri olmayın, hisslərinizin
köləsinə çevrilməyin. Yaxınlarınızla mübahisə etməyin. Qarşıdurma üçün
səbəb çox mənasızdır. Ümumi işə və ya əməkdaşlığa başlamaq olar.
Genişmiqyaslı, böyük layihənin gerçəkləşdirilməsi istiqamətində ilk
addımı atın.
Dərhal uğura nail olmasanız da, səylərin birləşdirilməsi öz nəticəsini verəcək.
Günün
ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv
istirahəti seçin, gəzintiyə çıxın. Ailə üzvləri, dostlar və yaxınlarla
birliklə vaxt keçirsəniz, pozitiv emosiyalar alacaqsınız.
Normal istirahət etməyə çalışın.
Əkizlər
- uğurlu və əlverişli gündür. Aktiv, enerjili olun. Bir qədər əvvəl yol
verdiyiniz səhvlərin fəsadlarını aradan qaldıra bilərsiniz. Belə şansı
əldən verməyin. Əhvalınız yaxşılaşacaq, yaxınlarınızın kefləri
kökələcək.
Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Potensial tərəfdaşla aparılan danışıqlar uğurlu nəticə verə bilər.
Axşam
saatlarında özünüzü bihal hiss etsəniz də, səhhətiniz üçün ciddi
problemlər yoxdur. Sakit, rahat istirahət qüvvələrinizi sürətlə bərpa
etməyə imkan verəcək.
Xərçəng -
mühüm işlərə başlamayın. Onları təxirə salmaq istəməsəniz də,
reallıqlara tabe olun. Məqsədə doğru gelən yolda ciddi maneələrin
yaranması istisna deyil. Onların bəzilərini istəmədən xətirlərinə
dəydiyiniz insanlar yaradacaqlar. Həmin adamlarla danışmağa,
münasibətləri aydınlaşdırmağa, situasiyaya aydınlıq gətirməyə çalışın.
Belədə ortaq məxrəcə gəlmək olar.
Günün ikinci yarısı kiçik
səfər və ya səyahət üçün əlverişlidir. Yolda yaxşı xəbərlər alacaqsınız.
Alış-veriş üçün münasib zaman deyil. Əsla ehtiyac duymadığınız əşyanı
baha qiymətə almağınızla bağlı risk var.
Şir -
müsbət təmayüllərin təsiri artır. Başladığınız işlərdə uğur qazana
bilərsiniz. İntuisiyanız iti olsun. Səhvlərə yol verməyin. Qərarlar
tələsik olsa belə, yaxın perspektivdə hadisələrin inkişaf məcrasını
təxminləməyə çalışın.
Günün ikinci yarısında birmənalı
olmayan, qarışıq situasiyaları tez təhlil edin. Ciddi çətinliklərlə
üzləşmiş insanlara yardım edin, məsləhətlərinizi əsirgəməyin.
Uzunmüddətli planlar qurmaq, genişmiqyaslı işlərə başlamaq olar.
Yardımçı və müttəfiq tapacağınıza şübhələnməyin.
Bilik
və bacarıqların artırılması, informasiyaların əldə olunması, elmi
məxəzlərlə iş üçün əlverişli zamandır. Başqalarının ideya və
təcrübəsindən yararlana bilərsiniz.
Qız
- başqalarının işlərinə müdaxilə etməyin, kimsənin də sizin işlərinizə
qarışmasına imkan verməyin. Ailə üzvləri ilə bağlı məsələnin müzakirəsi
üçün əlverişli zamandır.
Tərəflərin hamısını təmin edən qərara gəlmək mümkündür. Qəfil, amma çox xoş və sərfəli təklif alacaqsınız.
Etiraflar da istisna deyil.
Günün
ikinci yarısı dövlət qurumlarının nümayəndələri, rəsmi yetkililərlə
görüş üçün pis deyil. Alış-verişdə bahalı əşyalar almaq olar.
Tərəzi
- səhər saatlarından etibarən sürəkli problemlər və çətinliklər olacaq.
Laqeydlik, işə ciddi yanaşmamaq, istirahət və ya əyləncəyə can atmaq
ciddi səhvlərə səbəb ola bilər. Düşülməmiş addımlar və tələsik
qərarların fəsadlarının acı olacağını düşünün. Pulları asanlıqla
xərcləməyin. Maliyyə vəsaiti daha ciddi işlər üçün gərək ola bilər.
Dəstəyinə
bel bağladığınız insanlar günün ikinci yarısında vədlərinə əməl
etməyəcəklər. Bu səbəbdən də çətin işin öhdəsindən təkbaşına gəlməli
olacaqsınız.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Əqrəb
- diqqət mərkəzində olacaqsınız. Tərif və ya tənqid eşidəndə
emosiyalarınıza nəzarət edin. Gəlirlər, habelə nəzərdə tutulmamış ödəniş
ola bilər. Çoxdan bəri arzuladığınız əşyanı almaqdan çəkinməyin.
Yaxşı bələd olmadığınız insanın təklifini qəbul etməyə tələsməyin.
Günün ikinci yarısı yeni işlərə başlamaq üçün əlverişlidir.
Axşam saatlarında gəzintiyə çıxmaq olar. Tək qalmayın, ailə üzvləri və yaxınlarınızın yanında olun.
Oxatan -
yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Yeni ideyaların
reallaşmasında dostlar və qohumlar yardım edəcəklər. Hətta ən cəsur,
ambisioz planları həyata keçirə bilərsiniz. Mövcud ənənələri pozmaqdan,
qaydalara qarşı çıxmaqdan çəkinməyin. Başladığınız işlərdə uğura nail
olacaqsınız.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün
əlverişlidir. Sizi ilk dəfə görən insanlarda xoş təəssürat yaratmağa
çalışın. Alış-veriş zamanı nəzərdə tutduğunuz əşya və ya məhsulları
alın. Spontan alışlar etməyin.
Oğlaq -
xroniki ağrılardan biri kəskinləşə bilər. Profilaktik tədbirlərə əl
atın, həkimin məsləhət bildiyi dərmanları uzaqda saxlamayın. Əlverişli
gündür. Maliyyə və əmlak məsələlərinin həlli, habelə şəxsi münasibətlər
müstəvisində yaranmış çətinliklərin aradan qaldırılması üçün səy göstərə
bilərsiniz.
Günün ikinci yarısında ətrafınızdakı insanlarla
münasibətləri korlamayın. Yaşam təcrübəsi sizə istənilən çətin
situasiyadan çıxmağa imkan verəcək. Qərar qəbul edərkən yaxşıca düşünün,
daşının. Boş və mənasız işlərə görə bədbinliyə qapılmayın.
Axşam saatlarında xoş sürprizlə qarşılaşa bilərsiniz. Çoxdan gözlədiyiniz xəbəri ala bilərsiniz.
Dolça -
səhər saatlarından etibarən avantüra və riskli işlərə qatılmayın.
Qüvvəniz və ya potensialınız xaricində olan işlərə təkbaşına başlamayın.
Məntiqi
eqoizm işə yarayar. Realist olun, praqmatcasına davranın. Sizdən
sui-istifadə etməyə çalışan manipulyatorların planlarını alt-üst edin.
Günün
ikinci yarısında bir qədər əvvəl başlanan və yarımçıq qalan işlərə
qayıtmaq olar. Həmin işləri mütləq bitirin. Gərilmiş münasibətlərin
normallaşdırılması, kəsilən əlaqələrin bərpası üçün yaxşı zamandır.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar
- şəxsi münasibətlərdə təşəbbüskar olun. Bu, sevdiyiniz, dəyər
verdiyiniz insanı sevindirə bilər. Çətin və ya naqolay vəziyyətə
düşməkdən çəkinməyin. Belə situasiya yaşansa belə, durumdan çıxmağı
bacarın. Qeyri-adi, orijinal əşyalar almaq olar.
Günün ikinci
yarısında ideyalarınızdan birini dostlarınızla həyata keçirə
bilərsiniz. Zərərli vərdişlərdən heç olmasa müvəqqəti əl çəkin. Sağlam
qidalanın, rasiona fikir verin. Axşam saatlarında özünüzü gümrah hiss
edəcəksiniz.
Dəvət aldığınız yerə yollanmağı unutmayın.
Milli.Az