Norveçli müğənni və skripkaçı, "Eurovision-2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək.
A.Rıbak həmin gün Bakı izləyiciləri qarşısında Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq.
Konsert 3 hissədən ibarət olacaq. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və A.Rıbak bölüşəcək. Üçüncü hissədə isə A.Rıbak solo konsertlə çıxış edəcək.
citylife.az