Azərbaycan və Xəzəryanı bölgədə ilk dəfə Xəzər Beynəlxalq Katerlər və Yaxtalar (“CIBS 2014”) sərgisi start götürdü.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən dəstəklənən sərgi çərçivəsində motorlu su texnikası nümayiş etdirilir.
Bu sərgidə ümumilikdə 14 ölkədən 44 şirkət öz məhsullarını sərgi iştirakçılarına təqdim edir.
Təqdim olunan məhsullar sırasında yaxtalar, katerlər, skuterlər, hava ilə doldurulan motorlu qayıqlar, xilasetmə avadanlıqları, kanatlar, alpinist avadanlıqları, sualtı ov və hovuz üçün ləvazimatlar, eləcə də bir sıra məhsullar yer alır.
“CIBS 2014”sərgisi çərçivəsində Buzovnada skuter və hava ilə doldurulan qayıqların “test-drayv”ı da baş tutacaq.
Qeyd edək ki, 8-ci Bakı Beynəlxalq Motor Şou ilə birgə keçirilən sərgi ümumilikdə 17 maya qədər davam edəcək.
Gün.Az