Qoç - yaşamdan həzz alın, dəyişə bilməyəcəyiz
situasiyalara görə bədbinliyə qapılmayın. Süst və tənbəllik etməyin.
Aktiv və təşəbbüskar olsanız, işlərdə nailiyyətlər qaçılmazdır.
Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Çoxdan bəri almaq istədiyiniz əşyaya və ya məhsula yiyələnə bilərsiniz.
Bədxərclik etməyin.
Buğa
- peşəkar fəaliyyətinizlə bağlı yeniliklər və ya dəyişikliklər ola
bilər. Canınızı boğaza yığan, əsəblərinizi gərən iş yerini daha maraqlı,
sərfəli işə dəyişmək imkanı yaranır. Şansı əldən verməyin.
Günün ikinci yarısında önəmli hadisə yaşana bilər. Nüfuzlu və hadisələrə təsir imkanlarına malik insanla tanış olacaqsınız.
Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi bir qədər aşağı düşəcək. Özünüzü çox yormayın.
Əkizlər
- səhhətinizdə yaranmış problemi həll etməyə tələsin. Lakin qarşınıza
çıxan ilk həkimə inanmayın. Düşünülməmiş addım atmayın - sağlamlığınızı
peşəkara etibar edin. İlkin diaqnoz sizi qorxutmasın. Unutmayın ki,
həkimlər arasında - təəssüflər - peşəkarlıqdan çox uzaq adamlar az
deyil.
Günün ikinci yarısında bəzi problemləri həll edə
biləcəksiniz. Ailədəki çətinlik aradan qalxır. Fəndgir və çevik olsanız,
gözləniləndən daha artıq gəlir əldə edə bilərsiniz. Yaxınlarınızla
münasibətlərinizdəki münaqişəni çözün. Həssas və qayığkeş olmağa
çalışın.
Xərçəng - həllini uzun
müddətdən bəri təxirə saldığınız bəzi məsələləri çözmək zamanıdır. Yeni
tanışlıqlar olacaq. İşgüzar təkliflər alacaqsınız. Qərar verməyə
tələsməyin.
Günün ikinci yarısında dostlarla və işgüzar
tərəfdaşlarla görüş olacaq. Şəxsi münasibətlərdə laqeyd, hərdəmxəyal
olmayın. Belə davranış sevdiyiniz insanı pərişan edə bilər.
Daha çox pul qazanmağın yollarını arayanda avantüraya baş vurmayın. Riskli işləri götür-qoy edin, səbatlı addım atın.
Şir
- səhər saatlarından etibarən aktiv olun. Şəxsi münasibətlərdə
çətinliklər yaranacaq. Dəyər verdiyiniz insanla münaqişəyə yol verməmək
üçün sakit, soyuqqanlı olun. Hirslənsəniz belə, emosiyalarınıza nəzarət
edin.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində
önəmli yenilik olmayacaq. İşdə kadr dəyişiklikləri yoxdur. Rasionunuza
fikir verin. İzafi çəkidən qurtulmağı düşünməyin vaxtı çatmayıbmı?
Axşam
saatlarında kompüter qarşısında çox vaxt keçirməyin. Mobil telefona
saatlarınızı qurban verib gözlərinizdə yorğunluq yaratmayın.
Qız
- çətin, qarışıq, laübəli gündür. Emosional durumunuz depressiya ilə
nəticələnməsin. İndiki problemlərin də bir sonu olacaq və onlar gerildə
qalacaq. Vəziyyətinizə şükr edin, ətalətə qapılmayın.
Günün
ikinci yarısında şəxsi münasibətlərinizdəki donuqluğu aradan qaldırın.
Sevdiyiniz insanın çətinliyini qulaqardına vurmayın.
Sizi tərifləyən insanların bəziləri səmimi, bəziləri isə riyakardır. Bunu bilin.
Tərəzi
- genişmiqyaslı, önəmli layihəyə başlamağın zamanıdır. Etibar etdiyiniz
tərəfdaşla, inandığınız insanla çalışın. Yeni əməkdaşlıq təkliflərini
ciddi götür-qoy edin. Tamahınıza əsir olaraq tələsik qərar verməyin.
Günün
ikinci yarısında uzunmüddətli səfərə çıxmayın. Problemləri yerindəcə
həll etməyə çalışın. Şəxsi münasibətlərdə həddən artıq güzəştə gedərək
buyruq quluna çevrilməyin. Mənasız qurbanlar gərək deyil, çünki onlar
qiymətləndirilməyəcək.
Əqrəb -
arzulardan, xəyallardan qorxmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru
inadla addımlayın. Cəsur planlarınızdan bəziləri reallığa çevrilə bilər.
Yalandan,
dezinformasiyadan özünüzü qoruyun. Bədxahların şərəfsizliyinə təmkin və
soyuqqanlı şəkildə cavab verin. Hədsiz humanizm təslimçilikdir. Fatuma
kor-koranə inanıb, tərki-dünya fikirlərə qapılmayın. Həyatı bir dəfə
yaşayırsınız və haqqı nahaqqa qurban verərək zalımın qarşısında
susmayın.
Günün ikinci yarısında şirin dillərə, cazibədar
vədlərə inanmayın. Yaxın ətrafınızdakı insanların təzyiqi altında qərar
qəbul etməyin. Yüz ölçüb, bir kəssəniz, işlərinizdə uğur qazanacaqsınız.
Oxatan
- peşəkar fəaliyyət müstəvisində böyük uğurlara bel bağlamayın. İşdə
rəhbərlikdən tərif və ya mükafat gözləməyin. Tənqid edilməsəniz, töhmət
almasanız, artıq yaxşıdır.
Yeni tərəfdaşlıq üçün əlverişli zamandır. Hesablamalarda və sənədləşdirmə işlərində diqqətli olun.
Günün
ikinci yarısında aktiv çalışın. Əyləncə və istirahəti təxirə salın.
Ailə qayğılarını, yaxınlarınızın problemlərinin həllini unutmayın.
Sevdiyiniz insana dəyər verin.
Oğlaq -
çoxdan bəri yarımçıq qalan, həlli sürəkli ertələnən probelmin çözülməsi
üçün əlverişli zamandır. Həddən artıq çalışmayın. Əks təqdirdə faydalı
iş əmsalınız aşağı düşəcək, rutin və cari işlərin öhdəsindən çətinliklə
gələcəksiniz. Əlavə iş, sifarişlə razılaşmazdan əvvəl qüvvənizi,
potensialınızı dəqiq qiymətləndirin.
Günün ikinci yarısında
sağlam məntiqi hisslərə qurban verməyin. Təmkinli və soyuqqanlı olun.
Hansısa qərar verməzdən əvvəl situasiyanı yaxşıca nəzərdən keçirin.
Yaxın ətrafınızdakı insanlardan birinin qayğılı görkəminin səbəbini
anlamağa çalışın.
Axşam saatlarında normal istirahət edin.
Dolça -
qəfil hadisələrin sizin üçün xoşagəlməz sürprizlərə çevrilməsinə imkan
verməyin. Mühüm problemin həllinin variantları nə qədər çox olarsa,
çözüm şansı bir o qədər artır. Sevdiyiniz insanın davranışında
anlaşılmaz məqamları sezəndə "istintaq"a başlamayın. Heç bir səbəb
olmadan münaqişə yaratmamaq üçün soyuqqanlı davranın, hisslərinizi
cilovlayın.
Günün ikinci yarısında bütün diqqəti işə
yönəldin. Maraqlı təklif və ya əməkdaşlıqla bağlı sorğu, yeni iş üçün
sifariş olarsa, gəlir imkanını əldən verməyin.
Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, nisyəyə aldanmayın.
Balıqlar -
işdə problemlərin yaranmasına imkan verməmək üçün özünüzü hər sahədə
peşəkar kimi göstərməyə çalışmayın. Bacardığınız işi görün. Yalanın
ömrünün qısa olduğunu unutmayın. Aqressiv və sərt davranmayın - əks
təqdirdə yaxınlarınızdan, dostlarınızdan biri ilə mübahisə qaçılmazdır.
Təşəxxüslü, eqoist olmayın.
Günün ikinci yarısında vədlərinizi yerinə yetirin. Yorulubsunuzsa, bir qədər dincəlin.
Axşam saatlarını kompüter və ya televizor qarşısında keçirməyin.
Divan oturmaq üçündür...
Milli.Az