Bakı və Abşeron yarımadasında mayın 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
APA